Təkliflər sorğusu haqqında bildiriş
Əlavə olunub: 2018-12-06

Azərbaycan  Respublikası  Hesablama Palatasının “Audit Fəaliyyətinin İdarəolunması Sistemi”nin qurulmasının satınalınması ilə bağlı 23 noyabr 2018-ci il tarixində dərc edilmiş 11 dekabr 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulmuş təkliflər sorğusuna dair elanda göstərilmiş müddət 18 dekabr 2018-ci il saat 15:00-a qədər uzadılır.

 

Təkliflər sorğusunun iştirakçıları tələb olunan maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

İştirakçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

-Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

-Təklifin qüvvədə olma müddəti zərflər açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.

-Təklifin təminatı təklifin ümumi qiymətinin 1%-i həcmində olmaqla təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

 -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- İştirakçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

İştirakçılar təklifləri möhürlənmiş qaydada ikiqat zərflərdə, yazılı surətdə 18 dekabr 2018-ci il 15:00-a qədər Azərbaycan Respublikası Hesablama Palatasına təqdim etməlidirlər (Ünvan: Bakı şəhəri AZ1000 , Xəqani küçəsi 33).

 

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İştirakçıların təklifləri 18 dekabr 2018-ci il saat 16:00-da yuxarıda qeyd olunan ünvanda  açılacaq. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Əlaqələndirici şəxs: Malik Quliyev

 

Telefon: 493-32-11(daxili 212)

Ünvan: Ünvan: Bakı şəhəri, AZ1000 , Xəqani küçəsi 33

E-mail:  office@sai.gov.az