Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2018-11-21

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Rəylər müzakirə olunmuşdur:  

 

  • Dövlət İnvestisiya Proqramının təhlilinin  nəticələrinə dair;

 

  • Dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlilinin  nəticələrinə dair. 

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.