Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-11-16

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:

 

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər  Departamentində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılıq vəziyyətinin auditinin nəticələrinə dair;

 

- 2015-2017-ci illərdə ümumtəhsil məktəblərinə ayrılan vəsaitlərin sinif komplektlərinin sayına və şagird sayına uyğunluğunun və şagird-müəllim nisbətinin təhlilinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.