Hesablama Palatasının sədri V. Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxış etmişdir.
Əlavə olunub: 2018-11-13

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin 13 noyabr  2018-ci il tarixli plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı aparılmış müzakirələrdə çıxış edərək Hesablama Palatasının rəyini təqdim etmişdir.

 

V.Gülməmmədov dövlət büdcəsinin layihəsinin hazırlanmasında makroproqnozların xüsusi əhəmiyyət daşıdığını vurğulamaqla müzakirə edilən Qanun layihəsi və layihə ilə birgə təqdim olunmuş sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini qeyd etdi.

 

Hesablama Palatasının sədri dövlət büdcəsi layihəsinin əsas parametrləri, müşahidə olunan meylləri qeyd edərək çıxışında dövlət büdcəsinin icrasına təsir etmək imkanı olan amillərlə bağlı Rəydə  geniş məlumatların əks etdirildiyini diqqətə çatdırdı.

 

Hesablama Palatasının sədri V. Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 13 noyabr 2018-ci il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar