Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 3-cü toplantısı keçirilmişdir
Əlavə olunub: 2018-10-31

2018-ci il oktyabr ayının 30-da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 3-cü toplantısı keçirilmişdir. Toplantıda Benefisiar ölkə və üzv dövlətin layihə üzrə Komponent rəhbərləri, Layihə rəhbərləri, Rezident Tvinninq məsləhətçisi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Proqram İdarəetmə Qurumunun nümayəndələri iştirak etmişlər.

 

Tvinninq layihəsi üzrə üzv ölkənin Layihə Rəhbəri eyni zamanda 1-ci Komponent rəhbəri, Polşa Respublikasının Ali Audit Qurumu olan  Milli Ali Audit Ofisinin vitse-prezidenti cənab Wojciech Kutyla tədbir iştirakçılarını salamlamış, layihə ilə bağlı müsbət fikirlərini çatdırmışdır.

 

Daha sonra üzv dövlətin layihə üzrə Rezident Tvinninq məsləhətçisi layihə çərçivəsində görülmüş işlər barədə danışmış, həyata keçirilmiş missiyalar və bu missiyalar zamanı fəaliyyətlərin məqsədləri və nəticələri barədə məlumat vermiş və layihənin icrası ilə bağlı 3-cü  hesabatı təqdim etmişdir. Bununla yanaşı, növbəti dövr üçün planlaşdırılmış tədbirlər barədə məlumat vermişdir.

 

 

Tvinninq layihəsi çərçivəsində Maliyyə və uyğunluq auditi, Səmərəlilik auditi və Qanunvericilik bazasının gücləndirilməsi üzrə müvafiq Komponent rəhbərləri toplantının Hesablama Palatası uçün vacibliyini vurğulamış və layihənin tam şəkildə uğurlu icrası ilə bağlı komponent rəhbərlərinin və iştirakçılarının üzərinə düşən məsuliyyəti və görüləcək işlərlə bağlı öz gözləntilərini bir daha qeyd etmişlər.

 

 

Daha sonra müzakirələr aparılmış və layihə çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə hazırlanacaq müvafiq təlimat və qaydalar barədə təkliflər səslənmişdir. Habelə, layihə çərçivəsində sənədlərin vaxtında hazırlanmasının vacibliyi, bu sənədlərin Palatanın potensialının gücləndirilməsi və gələcək fəaliyyətində əhəmiyyətindən bəhs edilmişdir.