“Dövlət auditi” bülletenin 3-cü nömrəsi çapdan çıxmışdır
Əlavə olunub: 2018-10-19

“Dövlət auditi” rüblük bülletenin cari il üçün üçüncü nömrəsi çapdan çıxmışdır. Ənənəvi olaraq bülletenə İş Planına uyğun başa çatdırılmış bir neçə nəzarət tədbirinin və  əməkdaşlarımız tərəfindən həyata keçirilmiş araşdırmaların nəticələri, həmçinin Rusiya Federasiyasının Moskva şəhərində MDB üzvü olan dövlətlərin Ali maliyyə nəzarəti orqanlarının rəhbərləri şurasının XVIII sessiyasında Hesablama Palatasının iştirakı, 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planının cari ilin ötən dövründə icrası vəziyyəti ilə bağlı məlumatlar daxil edilmişdir.

 

Rəsmi bülletendə Qazaxıstan Respublikası AAQ-nın əməkdaşı tərəfindən hazırlanmış təhlil materialı ilə yanaşı Macarıstan Dövlət Audit Ofisinin fəaliyyətinə həsr edilmiş yazı da daxil edilmişdir.

 

“Dövlət auditi” bülleteninin 2018-ci il üçün 3-cü nömrəsi ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.