Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Pakistanın Baş Auditoru Cavid Cahangir ilə görüşmüşdür
Əlavə olunub: 2018-10-08

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 9-10 oktyabr  2018-ci il tarixində Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-ın İdarə Heyətinin 23-cü  və Təlim Komitəsinin 18-ci toplantısında  iştirak etmək üçün Bakıda səfərdə olan  Pakistanın Baş Auditoru cənab Cavid Cahangiri qəbul etmişdir.

 

Görüş zamanı, ECOSAI-ın üzv Ali Audit Qurumları arasında əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilmiş, ECOSAI-ın Baş Katibi və Pakistanın Baş Auditoru cənab Cavid Cahangir Azərbaycan Respublikası Hesablama Palatasının təşkilata verdiyi töhfələri və regiondakı əhəmiyyətini vurğulamışdır.

 

Daha sonra  Azərbaycan Respublikası Hesablama Palatası ilə Pakistan İslam Respublikasının Baş Auditor Ofisi  arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılmış, perspektiv istiqamətlər müəyyənləşdirilmişdir.