Əfqanıstan İslam Respublikasının Baş Auditoru Dr.Muhəmməd Şərif Şərifi Hesablama Palatasında olmuşdur
Əlavə olunub: 2018-10-08

Əfqanıstan İslam Respublikasının Ali Audit Ofisinin Baş Auditoru cənab Muhəmməd Şərif Şərifinin rəhbərlik etdiyi nümayəndə heyəti 9-10 oktyabr  2018-ci il tarixində Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-ın İdarə Heyətinin 23-cü  və Təlim Komitəsinin 18-ci toplantısında  iştirak etmək üçün Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Hesablama Palatasında olmuş və Palatanın sədri V.Gülməmmədovla görüşmüşdür.

 

Əfqanıstan İslam Respublikasının Ali Audit Ofisinin Baş Auditoru cənab Muhəmməd Şərif Şərifi Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədova dəvət üçün təşəkkür  edərək iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

 

Görüş zamanı, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanmış və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılmışdır.

 

Bundan başqa hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.