Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-09-26

Hesablama Palatasının  Kollegiya iclasında   Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı hesabat dinlənilmiş, nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur.

 

Auditin nəticələri ilə bağlı qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına Kollegiya qərarının surətinin göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram  təsdiq olunmuşdur.

 

Kollegiya iclasında Hesablama Palatasının dövlət büdcəsinin icrasına nəzarət fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na bəzi əlavələrə dair, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına aparılmış dövlət satınalmaları haqqında qurumlar tərəfindən təqdim edilməli məlumat formaları müzakirə edilərək təsdiq olunmuşdur.