“Dövlət auditi” bülletenin yeni nömrəsi çapdan çıxmışdır
Əlavə olunub: 2018-09-14

2017-ci ildən başlayaraq çap edilən  “Dövlət auditi” rüblük bülletenin 2018-ci il üçün ikinci buraxılışı çapdan çıxmışdır. Bu nömrədə İş Planına uyğun başa çatdırılmış bir neçə nəzarət tədbirinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsinin icrası ilə bağlı təhlilin nəticələri əks etdirilmişdir. Eyni zamanda, ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının hazırladığı Rəydən büdcə gəlirlərinin mühüm aspektlərini əhatə edən məqamlar da ikinci nömrəyə aid edilmişdir.

 

“Dövlət auditi” bülleteninin qeyd edilənlərlə yanaşı müxtəlif sahələr üzrə aparılmış araşdırmaların, həmçinin Hesablama Palatasının iştirakçısı olduğu beynəlxalq tədbirlə bağlı və Qazaxıstan Respublikasının Ali Audit Qurumu barədə məlumatların daxil edildiyi ikinci nömrəsi ilə saytın müvafiq bölməsindən tanış ola bilərsiniz.