“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir
Əlavə olunub: 2018-09-06

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunvericilik təşəbbüsü ilə müzakirəyə çıxarılmışdır. Qanun layihəsi Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq üç oxunuşda geniş müzakirə edildikdən sonra 2018-ci il 29 iyun tarixdə qəbul edilmişdir. Qəbul edilmiş Qanun layihəsi Konstitusiyamızın 98-ci maddəsinin I hissəsinə uyğun olaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə imzaya təqdim edilmiş, cənab Prezident tərəfindən imzalandıqdan sonra 2018-ci il 05 sentyabr tarixdə dərc edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir.

Qəbul edilmiş qanun gətirdiyi yeniliklərlə birgə Hesabla Palatasının fəaliyətini daha səmərəli və operativ edəcək, dövlət maliyyə idarəetməsində nəzarəti güclədirməklə şəffaflığı artıracaq, maliyyə resurslarının daha qənaətcil və məhsuldar istifadəsini təmin etməyə öz töhfəsini verəcəkdir.

“Hesablama Palatası haqqında” qəbul edilmiş yeni qanunla buradan tanış ola bilərsiniz.