Azərbaycan Respublikasının Hesablama Palatasının Sədr müavini Polşada səfərdə olmuşdur
Əlavə olunub: 2018-08-03

Azərbaycan Respublikasının Hesablama Palatasının  Sədr müavini Adil Məhərrəmov 23-28 iyul 2018-ci il tarixlərində Polşada səfərdə olmuşdur.  Səfərin məqsədi Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvininq Layihəsi çərçivəsində Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə edə bilməsi üçün HP-nin insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi sahəsində onların təcrübəsinin öyrənilməsi olmuşdur. 

Azərbaycan Respublikasının Hesablama Palatasının  Sədr müavini Adil Məhərrəmov Polşa Ali Audit Ofisinin vitse prezidenti cənab Woyciech Kutyla ilə görüşmüş və ona Polşa Ali Audit Ofisi barədə məlumat verilmiş, sonra isə Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin proqrama uyğun və uğurla keçiriləcəyini bildirmişdir. 

Tvinninq layihəsinin 1-ci komponenti olan Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə edə bilməsi üçün HP-nin insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi sahəsində görülmüş işlər, Polşa Ali Audit Ofisində qanunvericlik bazası, ən son yenilik və dəyişikliklər, o cümlədəd İnsan resurslarının idarə edilməsi və təlim sistemi barədə də təqdimatlar verilmişdir.  Bu istiqamətdə Polşa Ali Audit Ofisində və Audit Ofisinin Krakov regional idarəsində bir sıra görüşlər də keçirilmişdir.