Hesablama Palatasının əməkdaşları təlim səfərində iştirak ediblər
Əlavə olunub: 2018-08-03

Azərbaycan Respublikası Hesablama Palatasının  6 nəfərdən ibarət nümayəndə heyəti Tvininq layihəsi çərçivəsində Polşa Respublikasında səfərdə olmuşdur. Təlimin məqsədi Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvininq Layihəsi daxilində Maliyyə və Uyğunluq Auditinin təşkili və aparılmasına dair təlimlərdə iştirak etmək  və onların təcrübəsinin öyrənilməsi olmuşdur. 

Nümayəndə heyətini Polşa Ali Audit Ofisinin vitse prezidenti cənab Woyciech Kutyla qəbul edərək Polşa Ali Audit Ofisinin yaranması və ona rəhbərlik edən şəxslər barədə qısa məlumat vermiş, sonra isə Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin proqrama uyğun və uğurla keçiriləcəyini bildirmişdir. 

 Təlim səfərində “Polşa Ali Audit Ofisi, onun təşkili və mandatı, maliyyə auditi barədə ümumi məlumat”, “Keyfiyyətin təminatı, sistemi, ümumi qaydalar, nəzarət və keyfiyyətin qiymətləndirilməsi”,  “İllik maliyyə auditinə görə müəssisələrin seçimi” barədə məlumat   verilmişdir.  “Polşa Ali Audit Ofisi tərəfindən aparılan maliyyə auditi; planlaşdırma, risk qiymətləndirilməsi” barədə cənab Maçiej Maçıejewski və cənab Yeremi Sliwinski məlumat verərək bildirdilər ki, Risk əsaslı maliyyə auditinin keçirilməsi zamanı Maliyyə hesabatlılığı ilə bağlı müəyyən qanunlara və qaydalara riayət olunması ehtiva olunur.

“Maliyyə auditi üçün bacarıq və təcrübənin seçilməsi” barədə məlumat cənab Slavomir Qrzelak tərəfindən, “Polşa Ali Audit Ofisi tərəfindən aparılan maliyyə auditi: daxili hazırlanmış audit idarəetmə proqram təminatı” barədə cənab Tomasz Chlopasın iştirakı ilə cənab Wieslaw Kurzyca məlumat vermişdir.