Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-07-31

      Azərbaycan Respublikası Hesablama Palatasının  Kollegiya iclasında  həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial  Müdafiə  Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlir və xərclərin  icrasına dair;

 

  • Azərbaycan Respublikasının Xarici  İşlər Nazirliyinə dövlət  büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrasına dair;

 

  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin   yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələrinə dair.

 

  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə  dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

 İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.