Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-06-14

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinə dair;

 

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair;

 

- Dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə rayon İcra Hakimiyyətinə və tabelyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;  

 

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair ;

 

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə dövlət rüsumlarının, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, hesablanması və icrasına dair;

 

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.