Hesablama Palatasının sədri V. Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxış etmişdir
Əlavə olunub: 2018-05-31

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2018-ci il tarixli plenar iclasında sədr V. Gülməmmədov 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və illik hesabata dair Hesablama Palatasının Rəyi üzrə çıxış etmişdir.

 

V.Gülməmmədov dövlət büdcəsinin icra olunduğu iqtisadi mühiti xarakterizə edən meyllər, 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icra səviyyəsinə təsir edən əsas amillər, dövlət borcunun strukturu,  həmçinin büdcə kəsiri və onun maliyyələşmə mənbələri ilə bağlı məlumat vermiş, Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata müsbət rəy verildiyini vurğulamışdır.

 

Hesablama Palatasının sədri V. Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 31.05.2018-ci il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.