MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XII toplantısı keçirilmişdir
Əlavə olunub: 2018-05-22

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XII toplantısı keçirilir.

 

MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XII toplantısında 5 ölkənin Ali Audit Qurumunun 8 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.

 

Hesablama Palatasının auditoru Firsənd Qurbanov tədbiri açaraq qonaqları salamlamış və toplantının məqsədi, mövzusu barədə məlumat verərək Ali Audit Qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən  danışıb. Daha sonra Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin üzvü cənab Konstantin Plotnikov tədbirdə giriş sözü ilə çıxış etmişdir. O, həmçinin Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədrliyi ilə video konfrans rejimində keçirilmiş İşçi Qrupunun XI toplantısı və toplantıda müzakirə olunmuş məsələlər, habelə İşçi Qrupunun 2018-2019-cu illər üzrə İş Planının təsdiq edilməsi barədə məlumat vermişdir.

 

Daha sonra Rusiya Federasiyası Hesablama Palatasınının Departament direktorunun müavini cənab Leonid Boqdanov tərəfindən təqdim olunan birgə və paralel nəzarət tədbirlərinin və ekspert-analitik fəaliyyətin (audit) keyfiyyətinə nəzarət üzrə metodoloji tövsiyələrin layihəsi, o cümlədən Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Metodologiya və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini xanım Ləylim Kaşimova tərəfindən təqdim olunan “MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları arasında informasiya mübadiləsi" üzrə yeni standart layihəsi müzakirə edilmişdir.

 

Toplantı öz işini mayın 22-də başa vurmuşdur.