Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.
Əlavə olunub: 2018-05-21

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi geniş  müzakirə edilmişdir.

 

Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilmiş, Rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılmışdır.

 

İclasda Rəy barədə fikir və təkliflər bildirilmiş, Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya Qərarı qəbul olunmuşdur.