“Dövlət auditi” bülletenin yeni nömrəsi çapdan çıxmışdır
Əlavə olunub: 2018-05-18

Hesablama Palatasının ötən il nəşrinə başladığı “Dövlət auditi” rüblük bülletenin 2018-ci il üçün ilk buraxılışı çapdan çıxmışdır. Bülletendə Ali Audit Qurumlarınn fəaliyyətinin əsas nəticələrini özündə əks etdirən hesabatların tərtibinə dair beynəlxalq təcrübə, 2017-ci il üzrə nəzarət və inzibati fəaliyyəti ilə bağlı əsas göstəricilər, Hesablama Palatası əməkdaşlarının müxtəlif aspektləri əhatə edən təhlilləri əks etdirilmişdir.

 

“Dövlət auditi” bülleteninin 2018-ci il üçün birinci nömrəsi, həmçinin ötən ilin İş planı ilə həyata keçirilmiş bir neçə nəzarət tədbiri üzrə auditor hesabatlarının xülasəsi, ayrı-ayrı istiqamətlərlə bağlı araşdırmaların daxil edildiyi 2017-ci ilin sonuncu buraxılışı ilə saytın müvafiq bölməsindən tanış ola bilərsiniz.