Hərəmiz bir ağac əksək...
Əlavə olunub: 2018-05-05

Bir ağacın kəsilməsinə, bir budağın qırılmasına belə dözməyən Ümummilli lider hər zaman ətraf mühitin və yaşıllıqların qorunmasına xüsusi diqqət göstərir, yaşıllıqların, istirahət guşələrinin və parkların salınmasında şəxsən iştirak edirdi.   

Hesablama Palatasının   əməkdaşları da Palatanın yaradılmasının təşəbbüsçüsü olan Heydər Əliyevin  95 illik yubileyi ərəfəsində  ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qətiyyətlə qarşı çıxan və bunu daim dilə gətirən Ulu Öndərin ruhu qarşısında  vəfa borclarını yerinə yetirərək may ayının 5-də yüzlərlə ağac əkmişlər.