Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2018-05-03

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

  • “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;                                    
  • Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.  

Kollegiyaya dəvət olunmuş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin  nümayəndəsi müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını  cavablandırmışdır. 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.