Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Qırğızıstan Respublikasının Bişkek və Rusiya Federasiyasının Moskva şəhərlərində səfərdə olmuşdur
Əlavə olunub: 2018-04-02

Hesablama Palatasının İcmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova, Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov, Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov və Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin sektor müdiri Sənan Ağakişiyev Qırğızıstan Respublikasının Bişkek və Rusiya Federasiyasının Moskva şəhərlərində səfərdə olmuşdur.

 

Ümumi səfərin ilk hissəsinin məqsədi Azərbaycan Respublikası Hesablama Palatası ilə Gırğızıstan Respublikası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də iki qurum arasında müvafiq sahələr üzrə bilik və təcrübə mübadiləsinin gələcək istiqamətlərini müəyyən etməkdən ibarət olmuşdur.

 

Qırğızıstan Hesablama Palatasında keçirilən ikitərəli görüşdə ilk olaraq Hesablama Palatasının Auditoru cənab Z. Jooşbekov qonaqları salamlamış və Aparatın rəhbəri  cənab N. Osmanov isə Qırğızıstan Hesablama Palatasının fəaliyyəti barədə geniş məlumat vermişdir. Daha sonra Sosial və ətraf mühit sahələrinin xərclərinin auditi şöbəsinin müdiri xanım D. Arstanbekova Qırğızıstan Respublikasının sosial fondunun büdcəsi ilə bağlı Qırğızıstan Respublikasının qanun layihərinə rəyin verilməsi, eləcə də  Qırğızıstan Respublikasının sosial fondunun büdcəsinin icrası barədə hesabata rəyin verilməsi haqqında çıxış etmişdir.  Azərbaycan Respubliaksı Hesablama Palatasının nümayəndə heyəti bu sahə üzrə öz təcrübəsini həmkarları ilə paylaşmış və müvafiq suallar vermişlər.

Görüşdə, o cümlədən Qırğızıstan Hesablama Palatasının Respublika büdcəsi və dövlət əmlakının auditi üzrə şöbə müdiri xanım G. Eqimbayeva Qırğızıstan Respublikasında maliyyə hesabatlarının və dövlət büdcəsi gəlirlərinin auditi və  Təhlil, metodologiya və beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Dövlət xəzinadarlıq sistemində informasiya bazasına çıxışın olması barədə nümayəndə heyətinə məlumat vermişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti öz növbəsində Hesablama Palatasının qanunvericilik mühiti, funksiya və vəzifələri, fəaliyyəti göstəricələri barədə məlumatlandırmış və ümumilikdə AAQ-lar arasında birgə əməkdaşlığın mühüm olması fikrini səsləndirmiş və bu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədi ilə İkitərəfli əməkdaşlıq üzrə Sazişin imzalanmasını təklif etmişlər.

 

Nümayəndə heyətinin səfərinin növbəti hissəsi Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatası tərəfindən keçirilmiş büdcə prosesi, metodologiya və ictimaiyyətlə əlaqələr və informatizasiya mövzusunda keçirilmiş seminarda iştirakla bağlı olmuşdur.

 

Rusiya Federasiyası Hesablama Palatasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri A.V.Bazin  qonaqları salamlamış və daha sonra Rusiya Federasiyasında dövlət büdcəsinin icrası üzrə Maliyyə nazirliyi və digər orqanlar tərəfindən təqdim edilmiş məlumatlardan  istifadə edilməsi və  Büdcənin icrası və büdcə layihəsinə rəyin verilməsi: istifadə olunan metodologiya və cəmiyyətin məlumatlandırılması təcrübəsi mövzuları üzrə çıxışlar olmuşdur.

Rusiya Federasiyasının Hesablama Palatasının çıxışları sırasında bu qurum tərəfindən yaradılmış və federal büdcənin iştirakçısı olan təşkilatların ayrı-ayrı informasiya sistemlərinə çıxışı təmin edən vahid elektron alətə dair təqdimat xüsusi yer almışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyətinin üzvü xanım V.Mütəllimova  Hesablama Palatası tərəfindən rəy və hesabatların hazırlanması üzrə məlumat vermiş və Palatanın təcrübəsindən söz açmışdır. Seminarın sonunda Azərbaycan Respublikası Hesablama Palatası ilə Rusiya Federasiyası Hesablama Palatası arasında gələcək əməkdaşlıq əlaqələri gücləndirilməsi və inkişafı məsələləri ətraflı şəkildə müzakirə edilmişdir.