Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-02-20

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;  

 

  • Ləğv prosesində olan “Gəncəbank”, “Parabank”,  “Bank Technique” və  “RoyalBank” Açıq Səhmdar Cəmiyyətlərinin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda  aparılmış  audit tədbirlərinin nəticələrinə dair;

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.