"Hesablama Palatası haqqında" Qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdir
Əlavə olunub: 2018-02-06

Fevralın 5-də Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində "Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi" - "Hesablama Palatası haqqında" Qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

 

Müzakirə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Hesablama Palatasının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə açıq müzakirə şəraitində keçmişdir.

 

Tədbirdə Hesablama Palatasının auditoru Firsənd Qurbanov giriş nitqi ilə çıxış etmiş, Hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov təqdimatla çıxış edərək Qanun layihəsi, onun hazırlanması zərurəti, yeniliklər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

 

Millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov Qanun layihəsi ilə bağlı fikirlərini bildirdikdən sonra müzakirələr keçirilmiş, səslənən fikirlər’  münasibət bildirilmiş və suallar cavablandırılmışdır.