Azərbaycan Respublikası Hesablama Palatasında 20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Əlavə olunub: 2018-01-18

Palatada 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusunun xüsusi dəstələrinin Azərbaycana  yeridilməsi nəticəsində xalqımızın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi  yad edilib.

 

Anım  tədbirində  qeyd olundu ki,  20 yanvar müstəqillik və suverenlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı, eyni zamanda qanlı səhifələrindən biridir.  28 il əvvəl qanlı  yanvar günlərində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə   qarşı qırğın törədildi, bu, milli mənliyə, milli dəyərlərə, insanlığa qarşı  bir cinayət idi.

 

Totalitar  rejimin göstərişi ilə o günlərdə  137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200  evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınları, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi, dövlət əmlakına külli miqdarda ziyan vuruldu. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­si, 20-dən çox qa­dın və uşaq var idi.

 

Amma  cinayətkar rejimin bütün cəhdləri xalqımızın mübarizə əzmini qıra bilmədi.  20 yanvar, Azərbaycan xalqının milli oyanışının, özünüdərkinin, istiqlal yolunda  irəliləyişinin başlanğıcı oldu  və sonadək davam etdi.

 

Tədbirdə o da qeyd olundu ki, İnformasiya blokadasına alınmış Azərbaycan öz haqq səsini beynəlxalq ictimaiyyətə duyura bilmədiyi həmin günlərdə o dövrdə Moskvada yaşayan, lakin bütün varlığı ilə vətəninə və millətinə bağlı olan böyük vətənpərvər  Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə ilk səs verənlərdən oldu. Ulu Ön­də­ri­miz Hey­dər Əli­yev faciənin ertəsi günü ai­lə­si ilə bir­gə Azər­bay­ca­nın Moskva­da­kı da­i­mi nü­ma­yən­də­li­yi­nə gəl­ərək soydaşlarımız və jurnalistlər qarşısında qanlı qırğını pisləyən kəskin bə­ya­nat­la çı­xış et­di,  bu müsibəti dünyaya çatdırdı.

 

Hadisələrin şahidi olmuş Palata əməkdaşları o faciəvi günlərlə bağlı  xatirələrini danışdılar, ağrılı-acılı o günlərdə  ən dəhşətli qırğın silahları ilə  əliyalın əhalinin üzərinə gələn nəhəng orduya qarşı xalq birliyi ilə aparılan mücadilədən, xalqımızın ye­nil­məz ira­də­si­ndən bəhs edildi. Qeyd olundu ki, 20 yanvar həm də  xal­qı­mı­zın su­ve­ren­lik, azad­lıq uğ­run­da mübarizəsinin rəm­zi­dir, tank və silahlara sinə gərən oğullarımızın fə­xr və şə­rəf gü­nü­dür.  

 

Tədbirdə çıxış edənlər Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və qırğın əmri verən və ona başçılıq edən cinayətkarların adlarının çəkildiyini, ölkəmizə qarşı bu təcavüzün  qa­baq­ca­dan şü­ur­lu su­rət­də plan­laş­dı­rıl­mış və vəh­şi­cə­si­nə hə­ya­ta ke­çi­ril­miş ci­na­yət ak­tı ki­mi qiy­mət­lən­di­ri­l­diyini bildirdilər.    

 

Qeyd olundu ki, dövlətimiz və xalqımız 20 yanvar tarixinin unudulmaması, gələcək nəsillərin  qan yaddaşına  yazılması və təkrarına yol verilməməsi üçün hər şeyi edir.  

 

Azərbaycan Prezidentinin göstərişi ilə hər il təsdiq edilən 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planı üzrə respublikanın şəhər və rayonlarında, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlər  keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar verilir.

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yevin göstəriş və sərəncamları ilə vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqətdə saxlanılır.  

 

O da qeyd olundu ki,  dinamik şəkildə inkişaf edən  Azərbaycanın siyasi-iqtisadi, sosial və  hərbi cəhətdən möhkəmlənməsi dövlət müstəqilliyinin qorunmasına  etibarlı zəmin yaradır. Dövlət vəsaitlərinin qorunmasına nəzarət edən qurum olaraq Azərbaycan Respublikası Hesablama Palatası, hər sahədə olduğu kimi,  bu sahədə də  öz üzərinə düşən vəzifələri ən layiqli şəkildə icra etməklə dövlət başçısının həyata keçirdiyi siyasətə dəstək olacaqdır.