Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun 2018-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxışı
Əlavə olunub: 2017-11-21

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı  Azərbaycan Respublikası Milli Məclisinin  21 noyabr  2017-ci il tarixli plenar iclasında aparılmış müzakirələrdə Hesablama Palatasının sədri V. Gülməmmədov çıxış etmişdir.

 

V. Gülməmmədov  dövlət büdcəsinin tərtibi, vergi inzibatçılığı, xərclərin səmərəliliyi, maliyyə nəzarəti və dövlət borcu ilə bağlı Hesablama Palatasının mövqeyini təqdim etmiş, Qanun layihəsinin  qanunvericiliyin müvafiq tələblərinə uyğun təqdim olunduğunu,  Hesablama Palatası Kollegiyasının Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsi ilə bağlı qərarını diqqətə çatdırmışdır.

 

Hesablama Palatası sədrinin Azərbaycan Respublikası Milli Məclisinin 21.11.2017-ci il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.