Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-11-03

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;                         
  • Şəkərli diabet üzrə Dövlət Proqramı çərçivəsində ayrılan vəsaitlərin və nəzərdə  tutulmuş  tədbirlərin təhlilinə  dair.

 

Kollegiyaya dəvət olunmuş “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Prezidentinin müşaviri Arif Həşimov,  baş mühəndisi Həsən Həsənov,  Maliyyə və uçot idarəsinin rəisi İradə Məmmədova müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını  cavablandırmışlar. 

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmişdir.