Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-11-02

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

- “BakıBus”  Məhdud Məsuliyyətli  Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin nəzarət tədbiri üzrə proqram təsdiq olunmuşdur.

 

Hesablama Palatasının auditoru Firsənd Qurbanov və şöbə müdiri Hilal Hüseynov ECOSAI-ın  İdarə Heyətinin 23-24 oktyabr 2017-ci il tarixində keçirilmiş XXII Toplantısında iştirak barədə Kollegiyada məruzə etmişlər.