Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-10-30

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilmişdir.

 

İclas iştirakçıları rəylər barədə fikir və təkliflərini bildirmiş, Qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya Qərarları qəbul olunmuşdur.