Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-10-06

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
  • dövlət büdcəsindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırlması və icrasına dair.

 

Kollegiyaya dəvət olunmuş Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və baş mühasibi Leyla Abdullayeva, həmçinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, Maliyyə-iqtisad sektorunun müdiri  Bəsirət Cəfərova, 1 nömrəli Maliyyə və İqtisadi Regional Bölmənin baş mühasibi  Səyyarə Mustafayeva və 2  nömrəli Maliyyə və İqtisadi Regional Bölmənin baş mühasibi Olqa Abbasova müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını  cavablandırmışlar. 

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin bir neçə nəzarət tədbiri üzrə proqramlar təsdiq olunmuşdur.