Hesablama Palatasının bülleteninin ikinci nömrəsi çapdan çıxmışdır
Əlavə olunub: 2017-09-21

Şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin edilməsi, həmçinin ictimaiyyətin Azərbaycan Respublikasının Hesablama Palatasının fəaliyyəti ilə bağlı məlumatlandırılması məqsədilə hazırlanan “Dövlət auditi” adlı bülletenin ikinci nömrəsi çapdan çıxmışdır.

 

Bülletenin bu nömrəsində Hesabla­ma Palatasının 2017-cı ilin İş planına uyğun olaraq həyata keçirilmiş bir neçə nəzarət tədbiri ilə bağlı məlumatlar, AAQ-lar qarşısında duran bir sıra aktual problemlərlə bağlı araşdırmalar, həmçinin dövlət auditinin məqsədi və vacib roluna dair məqalələr  əks olunmuşdur. Eyni zamanda, bu buraxılışa Hesablama Palatasının cari ilin altı ayı üzrə funksional və inzibati fəaliyyəti ilə bağlı hesabat məlumaları daxil edilmişdir.