13-15 iyun 2017-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən iclasda iştirakla bağlı
Əlavə olunub: 2017-06-19

Hesablama Palatasının İcmal-analitik şöbənin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2017-ci il 13-15 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən 10-cu iclasında iştirak etmişdir. İclasda həmçinin Rusiya Federasiyası, Qırğızıstan Respublikası, Belarusiya Respublikası, Qazaxıstan Respublikası Ali Audit Qurumlarının əməkdaşları təmsil olunmuşdur.

 

10-cu iclasda Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2016-2017-ci illərdə fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun 2016-2017-cı illərdə fəaliyyəti haqqında hesabat, “Əsas Milli Göstəricilər” üzrə məlumat bazasının formalaşdırılması və inkişaf etdirilməsi, “MDB-yə üzv dövlətlərin davamlı inkişafla bağlı təcrübəsi” mövzusunda təqdim edilən sorğunun nəticələri dinlənilmişdir.

 

Çıxışda qeyd edilən əsas məsələlər “Əsas Milli Göstəricilər” üzrə INTOSAI-ın işçi qrupu tərəfindən iki “Əsas Milli Göstəricilər” və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətdə audit standartlarının, həmçinin MDB işçi qrupunun rəhbəri olaraq Rusiya Hesablama Palatasının “Makroproqnoz göstəricilərinin auditi” qaydalarının hazırlanması ilə bağlı idi.

 

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazası yenilənməsi və Əsas Milli Göstəricilər üzrə metodologiyanın işlənməsi qərara alınmışdır.