Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-06-12

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

1. Dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

2. Dövlət büdcəsindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına  dair.

 

Kollegiyaya dəvət olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt şəhər Səhiyyə şöbəsinin mərkəzləşmiş mühasibatlığının baş mühasibinin iqtisadi məsələlər üzrə müavini   İradə Məmmədova və  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, baş mühasib Leyla Quliyeva müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını cavablandırmışlar. 

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə olkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının  həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə bağlı Hesablama Palatasında görüləcək işlər haqqında   müzakirələr aparılmışdır.