Hesablama Palatasının sədri V. Gülməmmədov Azərbayan Respublikası Milli Məclisinin plenar iclasında çıxış etmişdir
Əlavə olunub: 2017-05-31

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2017-ci ili tarixli plenar iclasında “2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunmuşdur. Hesablama Palatasının sədri V. Gülməmmədov Qanun layihəsi və hesabata dair Hesablama Palatasının rəyi ilə bağlı çıxış etmişdir.

 

Təqdim edilmiş rəydə ətraflı təhlillərin, nəticə və tövsiylərin əks olunduğunu qeyd edərək Hesablama Palatasının sədri Hesablama Palatası Kollegiyası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabat müsbət rəy verildiyini vurğulanmışdır.

 

Hesablama Palatasının sədri V. Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 31.05.2017-ci il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.