Azərbaycan Respublikasının Hesablama Palatası həyata keçirdiyi fəaliyyətin bütün istiqamətləri barədə ictimaiyyəti məlumatlandırmaq, dövlət vəsaitlərinin istifadəsində müəyyən edilmiş əsas nöqsanları diqqətə çatdırmaq, bu nöqsanların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı görülən tədbirləri işıqlandırması məqsədilə “Dövlət auditi” adlı bülletenini nəşrinə başlamışdır.
Rübdə bir dəfə nəşr edilməsi planlaşdırılan bülleten Ali Audit Qurumları qarşısında duran əsas tələblərdən birinin – şəffaflığın və hesabatlılığın təmin edilməsi tələbinin reallaşmasına xidmət edəcəkdir.
Bülletenin çapdan çıxmış birinci nömrəsində Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq həyata keçirilmiş bir neçə nəzarət tədbiri ilə bağlı məlumatlar, həmçinin müasir dövrdə aktual məsələrə aid təhlillər əks etdirilmişdir.