Hesablama Palatasının əməkdaşı Avstriyanın Vyana şəhərində keçirilən təlimlərdə iştirak etmişdir
Əlavə olunub: 2017-05-16

Hesablama Palatasının İcmal-analitik şöbənin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev Avstriyanın Vyana şəhərində “Orta-Müddətli Büdcə Çərçivəsi, Fiskal qaydalar və Fiskal Şuralar: Fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi” mövzusunda keçirilən təlimdə iştirak etmişdir.

 

Təlimə 17 ölkədən 30 nəfər iştirakçı qatılmışdı. Təlimi proqrama uyğun olaraq giriş sözü ilə Birləşmiş Vyana İnstitutunun direktor müavini Martın Şindler açmışdır.

 

Təlimin təşkilatçıları Yohan Sivald və Viktor Lledo iştirakçıları təlim proqramı ilə tanış etmişdir. Təlimlər Beynəlxalq Valyuta Fondunun ekspertləri Yohan Sivald və Viktor Lledo ilə yanaşı, Alfred Katterl, Tom Pibas və Helmut Berger tərəfindən aparılmışdır.

 

Təlim 3 istiqaməti əhatə etməklə  fiskal qaydalar, Orta Müddətli Xərclər Çərçivəsi və Fiskal Şuralarla bağlı beynəlxalq təcrübəyə həsr edilmiş və bu istiqamətdə müxtəlif təqdimatlar olunmuşdur. Həmçinin təlimdə fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların yaradılması ilə bağlı məruzə də təqdim edilmişdir