Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-05-11

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında  2017-ci ilin  İş planı üzrə həyata keçirilmiş aşağıdakı nəzarət tədbirlərinə dair Hesabatlar müzakirə olunmuşdur:  

 

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;

 

- Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda Palatanın 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilmişdir.

 

Həmçinin aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.