Hesablama Palatasının nümayəndəsi Vilnus şəhərində EUROSAI təşkilatının “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupu”nun ilk toplantısında iştirak etmişdir.
Əlavə olunub: 2017-04-24

11-12 aprel 2017-ci il tarixlərində Vilnus şəhərində EUROSAI təşkilatının “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupu”nun ilk toplantısı keçirilmişdir. Toplantıda 25 Ali Audit Qurumundan 50 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının təmsilçisi iştirak etmişdir.

 

EUROSAI-ın “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupu” EUROSAI-ın İdarə Heyətinin 2016-cı ilin iyun ayında keçirilən toplantısında Litva Ali Audit Qurumunun bələdiyyələrin auditi problemləri ilə maraqlanan ali audit qurumlarının fəaliyyətini əlaqələndirmək barədə təşəbbüsü ilə yaradılmışdır. Xüsusi Qrupun fəaliyyəti EUROSAI üzvlərinin bələdiyyə auditi sisteminin təkmilləşdirilməsinə yönəldiləcəkdir ki, bu da auditin nəticələrinin yaxşılaşdırılmasına və sonda əhaliyə müəyyən fayda verəcəkdir. Xüsusi Qrup Ali Audit Qurumları tərəfindən aparılan bələdiyyələrin auditi praktikasının təkmilləşdirilməsini və bu sahədə beynəlxalq tədbirlərin, seminarların keçirilməsini də nəzərdə tutur. Xüsusi Qrup yaradıldıqdan sonra EUROSAI-ı təmsil edən 26 ali audit qurumu, o cümlədən  Azərbaycan Respublikası Hesablama Palatası üzvlüyə qəbul olunmuşdur.

 

Toplantıda “Bələdiyyələrin auditinin xüsusiyyətləri və Bələdiyyə Auditi üzrə Xüsusi Qrupdan gözlənilən səmərəliliyin müəyyən edilməsi barədə sənəd müzakirə edilərək qəbul edilmiş, “Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2017-2019-cu illər üzrə İş Proqramı” müzakirə edilərək Xüsusi Qrupun üzvləri ilə razılaşdırılmışdır. Xüsusi Qrupun 2017-2019-cu illər üzrə İş Proqramının tərkibinə 3 strateji məqsəd daxil edilmişdir. Həmin strateji məqsədlərin, o cümlədən “Dövlət maliyyə auditinin təkmilləşdirilməsinə xidmət edən təcrübə mübadiləsinin aparılması (1-ci strateji məqsəd), “Kənar bələdiyyə auditi sisteminin daha çox yaradılması” (2-ci strateji məqsəd), “Paralel auditə qoşulmaq” (3-cü strateji məqsəd) hər bir bəndi ayrıca müzakirə edilmiş və yekun sənəd razılaşdırılmışdır.

 

Toplantıda həmçinin bələdiyyələrin auditi sahəsində və ya yerli səviyyədə aparıla bilən “Paralel audit” mövzuları üzrə müzakirələr  aparılmışdır:

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsinin Vilnus şəhərinə səfəri 13 aprel tarixində başa çatmışdır.