Hesablama Palatasının nümayəndəsi İNTOSAİ-nin Uyğunluq Auditi subkomitəsinin toplantısında iştirak etmişdir
Əlavə olunub: 2017-02-28

İNTOSAİ-nin Uyğunluq Auditi subkomitəsinin növbəti toplantısı Hindistanın paytaxtı New Delhi şəhərində keçirilmişdir. Hesablama Palatasının əməkdaşı Rəşad Əliyevin iştirak etdiyi toplantıda Hindistan, Azərbaycan, Braziliya, Çin, Lüksemburq, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika AAQ-larının, həmçinin İNTOSAİ İnkişaf Təşəbbüsü qrupunun və AFROSAİ nümayəndələri iştirak etmişdir.

 

Toplantıda İSSAİ 4000 standartlarının tətbiqinə,  ictimai sektorda dövlət idarəçiliyndə audit qrumlarının roluna dair təqdimatlar dinlənilmiş, həmçinin auditin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı əhəmiyyətli istiqamətlər müzakirə edilmiş, eyni zamanda Norveç, Hindistan və videokonfrans vasitəsilə Lüksemburq nümayəndələrinin uyğunluq və səmərəlilik auditi sahəsində təcrübələri diqqətə çatdırılmışdır.

 

Toplantının ikinci günü maliyyə, uyğunlu və səmərəlilik auditlərinin standartları barədə müzakirələrə həsr edilmiş, Hindistan AAQ-nın təklif etdiyi müxtəlif audit növləri üzrə vahid standartların hazırlanmasına dair irəli sürdüyü təklif alt komitənin nümayəndələri tərəfindən müsbət qarşılanmayaraq audit növlərinin inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərməsi üçün uyğunlaşdırılmış standartlarının hazırlanması üzrə razılıq əldə olunmuşdur. Razılığa əsasən 2019-cü ilin fevral ayınadək audit növlərinin inteqrasiya olunmuş yeni uyğunlaşdırılmış standartları üzrə çətir layihənin hazırlanacağı qərara alınmışdır.