Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2016-12-19

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında    həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur: 

 

  1. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə  ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
  2.  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə  dövlət  büdcəsindən və “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına  dair;
  3. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba  Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;  
  4. Dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

 

Kollegiya iclasında, həmçinin cari məsələlərə də baxılmışdır.