Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədov “Respublika” qəzetində məqalə ilə çıxış etmişdir
Əlavə olunub: 2016-12-09

"Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bu günlərdə Azərbaycan Respublikası Hesablama Palatasının yaranmasından 15 il ötür. Yaxın tarix olsa da fikrimizcə, Palatanın əldə etdiyi nailiyyətlər, onun qısa zamanda ölkə daxilində və xarici həmkarları arasında nüfuz qazanmasına yol açan fəaliyyəti, dövlət qayğısı və ictimai dəstək barədə  deməyə çox şey var.   

 

Azərbaycan Respublikası Hesablama Palatasının yaranma tarixi Azərbaycanın müstəqilliyinin bərpasının  ən ağır dövrünə  təsadüf  edir.  Ölkə iqtisadiyyatının olduqca ağır vəziyyətdə olduğu bir dövrdə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan  Ulu öndər Heydər Əliyevin qarşısında yaxın perspektivdə ölkədə ictimai-siyasi sabitlik yaratmaq, sosializmin planlı iqtisadiyyatından yeni bazar iqtisadiyyatına keçidi mümkün qədər itkisiz həyata keçirmək, bununla bərabər ölkənin təhlükəsizliyini, əhalinin sosial müdafiəsini  etibarlı şəkildə təmin etmək kimi bir vəzifə dururdu.

 

Ümummilli lider Heydər Əliyev həmin dövrdə özünəməxsus uzaqgörənliklə Azərbaycanın beynəlxalq arenada yerini və rolunu düzgün müəyyən etməyi hədəfləyən inkişaf strategiyası  işləyib hazırladı,  öz dərin  zəkası ilə ölkədə köklü  islahatlar həyata keçirməklə iqtisadi tənəzzülün aradan qaldırılmasına nail oldu, təkmil elmi əsaslara və  düzgün strategiyaya söykənən inkişafın əsasını qoydu. Bununla da yeni siyasi və iqtisadi şəraitdə ölkənin gələcəyi, güclü inkişafı üçün ictimai-siyasi sabitliyi və  makroiqtisadi dirçəlişi təmin edə bilən əsaslı  idarəçilik sisteminin zəmini yaranmış oldu. Ulu öndərin dəmir məntiqi, sarsılmaz siyasi iradəsi ilə ölkədə tədricən yeni siyasi və iqtisadi şəraitə uyğun olan qanunvericilik və normativ-hüquqi baza yaradıldı, genişmiqyaslı islahatlar və özəlləşdirmə proqramları həyata keçirildi.  Azərbaycan xarici dövlətlərin investisiya yatırımı üçün  cəlbedici ölkəyə çevrildi.

 

Əlaqəli fayl(-lar):

 

  Məqalənin tam mətni