Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətə başlamasından 15 il ötür
Əlavə olunub: 2016-12-07

Azərbaycan Respublikasında kənar dövlət maliyyə nəzarəti orqanı olan Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Hesablama Palatasının yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş, 1999-cu ildə isə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə Azərbaycan tarixində ilk dəfə kənar dövlət maliyyə nəzarətini həyata keçirən Ali Audit Orqanı – Azərbaycan Respublikasının Hesablama Palatası yaradılmışdır.        

                                    

Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarları ilə sədr müavini və dörd auditorun vəzifəyə təyin edilməsilə 2001-ci il 7 dekabr tarixində Hesablama Palatası fəaliyyətə başlamışdır.

 

Müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi yolunda Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən həyata keçirilən geniş miqyaslı işlərdə yardımçı olmaq, ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi kursun reallaşdırılmasına öz töhfəsini vermək Hesablama Palatasının və onun əməkdaşlarının ən ümdə vəzifəsidir. Hesablama Palatası cənab Prezidentin etimadını doğrultmaq üçün daha əzmlə çalışacaqdır.