Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxış etmişdir
Əlavə olunub: 2016-12-06

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı  Azərbaycan Respublikası Milli Məclisinin 6 dekabr  2016-cı il tarixli plenar iclasında aparılmış müzakirələrdə Hesablama Palatasının sədri V. Gülməmmədov çıxış etmişdir.


V. Gülməmmədov növbəti ilin dövlət büdcəsi ilə bağlı aparılmış Milli Məclisin komitələrində aparılmış müzakirələrdə Hesablama Palatasının bir sıra məsələlər üzrə  rəyinin səsləndirildiyini diqqətə çatdıraraq müasir dövrün tələblərinə uyğun aktuallaşan bəzi məqamlarla bağlı məruzə etmişdir.   

 

Dövlət büdcəsinin tərtibi, vergi inzibatçılığı, xərclərin səmərəliliyi, maliyyə nəzarəti və dövlət borcu ilə bağlı Hesablama Palatasının mövqeyini səsləndirən V. Gülməmmədov  Qanun layihəsinin  qanunvericiliyin müvafiq tələblərinə uyğun təqdim olunduğunu, bu əsasdan da Hesablama Palatasının rəyinin müsbət olduğunu diqqətə çatdırılmışdır.  

 

Hesablama Palatası sədrinin Azərbaycan Respublikası Milli Məclisinin 06.12.2016-cı il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.