Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2016-12-02

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında  həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur: 

 

  1. Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” Layihəsi üzrə vəsaitlərin istifadəsinə dair; 
  2. Dövlət büdcəsindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Şəhərin Məhəllədaxili Yollarının və Səkilərin İstismarı İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair 
  3. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən maliyyələşən suvarma sistemləri idarələrinin fəaliyyətinin, suvarma suyunun Sudan İstifadəedənlər Birliklərinə (SİB-lərə) və su istehlakçılarına satışının vəziyyətinin təhlilinin nəticələrinə dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiya iclasında,  aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

 

 Kollegiya iclasında, həmçinin cari məsələlər də müzakirə edilmiş, müvafiq tövsiyələr  verilmişdir.