Polşa Ali Audit Ofisinin nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur
Əlavə olunub: 2016-11-16


Polşa Respublikasının Ali Audit Qurumu olan  Ali Audit Ofisinin Vitse Prezidentlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovla  görüşmüşdür. Səfərin ilk günü qonaqla Şəhidlər Xiyabanını ziyarət etmiş və əklil qoymuşlar. Daha sonra Hesablama Palatasının muzeyi ilə tanış olduqdan sonra  Palata sədri Vüqar Gülməmmədov nümayəndə heyətini qəbul edərək Azərbaycan Respublikasının Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyəti ilə bağlı daha geniş məlumat vermişdir. 

 

Daha sonra Hesablama Palatasının Sədr müavini və Auditorları ilə keçirilən görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübənin mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir. Müzakirə edilən əsas məsələlərdən biri Avropa İttifaqının Şərqi Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasətinin aləti olan Tvinninq layihəsi ilə bağlı olmuşdur. Belə ki, Polşa AAQ-ı bu layihədə öz təkliflərini təqdim etmiş və Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq etməyə və bütün maraqlı sahələrdə öz praktik təcrübəsini paylaşmağa hazır olduqlarını ifadə etmişdirlər. Qeyd olunan görüşdə hər iki qurumun nümayəndələri fəaliyyət istiqamətlərini əhatə edən təqdimatlarla çıxış etmişdirlər.