Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq videokonfransda iştirak etmişdir
Əlavə olunub: 2016-11-02

MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun “Dayanıqlı inkişaf üzrə MDB ölkələrin təcrübəsi” mövzusunda videokonfrans keçirilmişdir. Konfransda işçi qrupa üzv dövlətlərdən Rusiya Federasiyası, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldova dövlətlərinin Ali Audit Qurumlarının müvafiq əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Hesablama Palatasını videokonfransda “İcmal-analitik” şöbənin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev təmsil etmişdir.

 

Konfransın nəticəsi olaraq mövcud təcrübənin öyrənilməsi və sistemləşdirilməsi, həmçinin əldə olunan məlumatlar əsasında müvafiq bazanın formalaşdırılması ilə bağlı qərar qəbul edilmişdir.