Azərbaycan Respublikası Hesablama Palatasının sədri “Milli Məclis” analitik informasiya jurnalında məqalə ilə çıxış etmişdir
Əlavə olunub: 2016-11-01

“Milli Məclis” analitik informasiya jurnalının növbəti nömrəsində Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun müəllifi olduğu  “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” adlı məqalə çap edilmişdir. Məqalədə dövlət vəsaitlərinin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsində beynəlxalq təcrübə araşdırılmış, həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq bu halların təsnifatı təqdim edilmiş, bir sıra təkliflər irəli sürülmüşdür.

 

Məqalənin tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış ola bilərsiniz.