Azərbaycan Respublikası Hesablama Palatasının sədri “Milli Məclis” analitik informasiya jurnalında məqalə ilə çıxış etmişdir
Əlavə olunub: 2016-11-01

Büdcə vəsaitlərinin səmərəli, qənaətli və məqsədli istifadəsi öz aktuallığı ilə dövlət maliyyə sisteminin əsas vəzifəsi hesab olunur. Belə ki, son illərdə müşahidə etdiyimiz sistemli maliyyə böhranı xərclərin konsolidasiyasını zəruri etmişdir və bu, büdcə xərclərinin qənaətli istifadəsi ilə yanaşı, məqsədli istifadə alətlərinin tətbiqini nəzərdə tutur. Büdcə xərclərinin ünvanlılığının və məqsədliliyinin təmin olunma səviyyəsi isə son nəticədə vəsaitlərin təyinatı üzrə istifadəsini təmin edir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 5 aprel 2016-cı il tarixində edilmiş dəyişikliklər büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinin təmin edilməsinin əhəmiyyətini bir daha göstərməkdədir. Belə ki, bu dəyişikliklərlə Cinayət Məcəlləsində (maddə 308-1) dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı cəza tədbirləri nəzərdə tutulmuşdur.

 

Büdcə vəsaitlərinin yalnız təyinatı üzrə istifadəsi Azərbaycan Respublikası Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərində diqqət yetirilən əsas məsələlərdəndir və vəsaitlərin təyinatdan kənar istifadə hallarının aradan qaldırılması ilə bağlı təkliflər də Hesablama Palatası tərəfindən müxtəlif illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

 

Ümumilikdə mövcud təcrübələrin və nəzəriyyələrin təhlili büdcə vəsaitlərinin təyinatdan kənar istifadəsinin mürəkkəb strukturlu iqtisadi kateqoriya olduğunu göstərir. Həmin kateqoriyanın detallı şəkildə təsviri və tam açıqlanması, başqa sözlə, dəqiq tərifinin verilməsi bu maliyyə nöqsanının mümkün başvermə hallarının müəyyən edilməsinə və bu halların hüquqi statusunun təyin olunmasına şərait yaradır. (Ardı əlaqəli faylda)

 

Əlaqəli fay(-lar):

 

  Məqalənin tam mətni