Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi və kollektivinin Azərbaycan mətbuat nümayəndələrinə təbriki
Əlavə olunub: 2016-07-21

Hörmətli jurnalistlər!

Hörmətli Kütləvi İnformasiya Vasitələri nümayəndələri! 

            

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş  Azərbaycanın milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli mütəfəkkirləri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri daim milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına  mətbuat vasitəsilə dəyərli töhfələr  vermişlər.

 

Bu gün Azərbaycanda ən müasir tələblərə cavab verən çoxşaxəli mətbuat və kütləvi informasiya şəbəkələri yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio sistemi fəaliyyət göstərir,  milli jurnalistika elmi inkişaf etməkdə davam  edir.

 

İctimai-siyasi həyatın bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsipləri  hökm sürür.

    

Hörmətli mətbuat işçiləri!

 

Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, ölkədə və onun ətrafında baş verən hadisələrin, Azərbaycanda gedən inkişaf proseslərinin KİV-də prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyindən şərh edilməsində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə   obyektivliklə çatdırılmasında Sizə uğurlar arzulayıram.