Hesablama Palatasının əməkdaşı INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik iclasında iştirak etmişdir
Əlavə olunub: 2016-07-11

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun 5-7 iyul 2016-cı il tarixlərində Çin Xalq Respublikasının Nancinq şəhərində keçirilən illik iclasında iştirak etmişdir. İclasda həmçinin Avstriya, Çin,Fici, Finlandiya, Hindistan, İndoneziya, Cənubi Koreya, Meksika, Moldova, Portuqaliya, Rumuniya, Rusiya, Zambiya Ali Audit Qurumlarının və INTOSAI İnişaf Təşəbbüsü (IDI), Dünya Bankı və Çin Sosial Elmlər Akademiyasının əməkdaşları təmsil olunmuşdur.

 

İclasda maliyyə çatışmazlığı və dövlət borcu, dövlət borcu idarəetməsinin auditi zamanı dövlət borcunun idarəetmə strategiyanın rolu, Dövlət Borcu üzrə İşçi Qrupunun Sədrinin hesabatı, Dövlət Borcu üzrə İşçi Qrupunun mövcud materiallarının təhlili və potensial tədqiqat mövzuları, dövlət maliyyəsinin davamlılığı üzrə risklər, Findlandiya AAQ-ı tərəfindən son audit tədbiri, Milli dövlət borcu indikatorlarının inkişafında Avstriya Audit Məhkəmisinin rolu, Çin Xalq Respublikasının Milli Audit Ofisinin Yerli dövlət borcu üzrə audit tədbiri, PASAI/IDI-ın dövlət borcunun idarəolunması üzrə birgə səmərəlilik auditinin nəticələri, Hindistan Respublikasının birlik və dövlət səviyyəsində dövlət borcu üzrə nailiyyətləri, dövlət borcunun idarəedilməsinin təkmilləşdirilməsində İndoneziya AAQ-nın rolu, Cənubi Koreyada yerli hökumətin maliyyə idarəetməsinin auditi, 2017-2022-ci illər üzrə INTOSAI-ın Strateji Planı və İşçi Qrupunun rolu, İşçi Qrupuna yeni sədr seçilməsi, İşçi Qrupunun katibinin inzibati məsələlər üzrə məlumatı, 2017-2019-cu illərdə illik iclasın keçirilməsi nəzərdə tutulan ölkələr ilə bağlı məlumatlar dinlənilmişdir.

 

Həmçinin, INTOSAI-ın Strateji Planına İşçi Qrupuna üzvlər tərəfindən şərhlərin verilməsi, Dövlət Borcunun İşçi Qrupunun Strateji Planının təkmilləşdirilməsi və müvafiq işin həyata keçirilməsi üçün könüllü üzvlərin seçilməsi və Dövlət Borcu üzrə İşçi Qrupunun İşçi Qrupunun yeni rəhbərinin Argentina AAQ-ı olması vurğulanmışdır.

 

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazası olaraq formalaşdırılmış http://www.wgpd.org.mx/index.htm saytında yerləşdirilən məlumatların davamlı olaraq yenilənməsi və beyin mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi qərara alınmışdır.